Tovuz sakini sirkə turşusundan zəhərləndi

1 May 2018 23:21 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, rayonun Düz Qırıqlı kənd sakini 1983-cü il təvəllüdlü Məmmədova Ramilə Qurban qızı sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qadının hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.