Şagirdlərin nəzərinə - Buraxılış vərəqələri mayın 7-də veriləcək

2 May 2018 13:59 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, eksternat imtahanları mayın 15-də və 16-da paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Ərizələri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qəbul edilmiş eksternlər mayın 7, 8, 10 və 11-də saat 10-dan 18-dək 258 nömrəli tam orta məktəbdən şəxsiyyət vəsiqələrini təqdim etməklə imtahana buraxılış vərəqələrini əldə edə bilərlər. Eksternat imtahanlarında uğur qazanan şəxslər tam orta təhsil haqqında sənəd almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak hüququna sahib olacaqlar.