Birinci sinif şagirdini döyən müəllim işdən çıxarıldı - Bakıda

2 May 2018 14:19 (UTC+04:00)

"Report"un xəbərinə görə, bu barədə uşağın valideyni Xanım Əliyeva öz facebook səhifəsində məlumat yayıb.

X.Əliyeva məsələnin ədalətli həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib.

Qeyd edək ki, hadisə iki gün öncə baş verib. X.Əliyeva facebook-da məlumat yayaraq qızının döyülməsi nəticəsində alnının şişdiyini bildirnişdi.

AzNews.az