“Masaj salonlarında əxlaqsızlıq edirlər” - Millət vəkili

2 May 2018 15:52 (UTC+04:00)

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

O, bəzi masaj salonlarının fəaliyyəti ilə bağlı da narazılığını bildirib: “Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər. Bunların qarşısı alınmalıdır, çox ciddi nəzarət edilməlidir. Azərbaycan mənim nəzərimdə dünyanın “ən göyçək fatması”dır. Mənim dövlətimdən namuslu-qeyrətli dövlət ola bilməz. Milli-mənəvi dəyərləri qorumalıyıq”.

Deputat Fəzail Ağamalı da həmkarının mövqeyini dəstəkləyib. O bildirib ki, qanun çərçivəsində belə şeylərin qarşısı almaq lazımdır: “5-10 manata görə dəyərlərimizi aşağılaya bilmərik”.

AzNews.az