Əfv Məsələləri Komissiyası yenə toplaşdı

2 May 2018 16:11 (UTC+04:00)

Trend-in məlumatına görə, komissiyanın bügünkü iclasında da daxil olan müraciətlərə baxılacaq. Qeyd edək ki, komissiyanın ötən gün keçirilən iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Ümumilikdə Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 500-dən artıq müraciətə baxıb. Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

AzNews.az