Bakıda yol qəzası: 1 ölü, 2 yaralı

2 May 2018 16:43 (UTC+04:00)

DİN-dən AzNews.az-a verilən məlumata görə, mayın 2-də saat 1 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəsəbə sakini Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna vurub.

Nəticədə, sürücü və sərnişinlərindən qəsəbə sakini Elçin Tağıyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.