Məşhur mağazadan 700 manatlıq telefon oğurlandı

2 May 2018 17:04 (UTC+04:00)

AzNews.az "Ölkə.Az”a istinadən xəbər verir ki, naməlum şəxs mağazanın vitrinindən 700 manat dəyərində mobil telefon oğurlayıb. Hadisədən xəbər tutan mağaza əməkdaşları dərhal Yasamal RPİ-nə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları müşahidə kameralarının görüntülərini nəzərdən keçiriblər, mağazanın əməkdaşlarını şahid qismində dindiriblər.

Faktla əlaqədar cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.