Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının birinci iclası keçiriləcək - Foto

2 May 2018 18:32 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkəsinin Müstəqillik gününə həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, toplantı İsraildə baş tutacaq: "İclasın keçirilməsi barədə qərar Binyamin Netanyahunun Azərbaycana səfəri zamani iki ölkənin dövlət başçısı tərəfindən verilib.

Toplantının yekununda protokol imzalanacaq və gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşəcək. Azərbaycan tərəfdən komissiyanın həmsədri vergilər naziri Mikayıl Cabbarov, İsrail tərəfdən isə ekologiya naziri Zeev Erkindir".