Goranboyda baş verən qəzada ölənlərin adları məlum oldu - Fotolar (Yenilənib)

2 May 2018 23:49 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, yaralılar Ağdam rayon Paşabəy kənd sakinləri: - 2006-cı il təvəllüdlü Quliyeva Xədicə Amil qızı, 2016-cı il təvəllüdlü Əhmədov Füzuli İlham oğlu və Xanqərvənd kənd sakinləri: - 1977-ci il təvəllüdlü Feyzulayeva Hüsniyə Sədrəddin qızı, 2001-ci il təvəllüdlü Süleymanova Qəribə Əli qızıdır.

Qəza nəticəsində ölənlər isə "Toyota" markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlu, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı və "VAZ-21021" markalı avtomobilin sürücüsü Goranboy rayon Xanqərvənd kənd sakini, 1972-ci il təvəllüdlü Süleymanov Əli Süleyman oğludur.

Hadisə ilə bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***

22:15

Goranboy rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

APA-nın qərb bürosunun məlumatına görə, Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlu həkimlərin səylərinə baxmayaraq xəstəxanada keçinib.

Qeyd edək ki, bundan əvvəl F.Quliyevin həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı tibbi yardıma baxmayaraq Goranboy rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Xatırladaq ki, bu gün Goranboy rayonunda, Xan Qərvənd kəndinə gedən yolda “Niva” və “Toyota Land Cruiser” markalı minik avtomobilləri toqquşub.

***

18:51

Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Xan Qərvənd kəndinə gedən yolda iki avtomobilin toqquşması nəticəsində bir nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

AzNews.az