“Fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik” - “ASAN Xidmət”in yeni sədri (Foto + Video)

2 May 2018 20:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu “Report”a eksklüziv müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O xatırladıb ki, Dövlət Agentliyinə sədr təyin olunana qədər bu qurumda sədr müavini vəzifəsində çalışıb: “ASAN Xidmət”in cənab Prezident tərəfindən müəyyən olunmuş prinsipləri var: şəffaflıq, operativlik, məsuliyyət, nəzakətli davranış. Biz bu prinsiplərə əməl etməklə olduğumuz yerdən “ASAN Xidmət”in fəaliyyətinə davam edəcəyik”.

Ü.Mehdiyev qeyd edib ki, hazırda ölkə ərazisində 13 “ASAN Xidmət” mərkəzi var: “Mərkəzlərin 8-i regionlarda, 5-i Bakıdadır. Prezident İlham Əliyevin tapşırığı ilə “ASAN Xidmət” bütün ölkəni əhatə etməlidir”.