Güləşçilərimiz Avropa çempionatında növbəti medalları qazanıblar - Foto (Yenilənib)

2 May 2018 22:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rafiq Hüseynov Belarus idmançısı ilə görüşdə məğlub olaraq bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Almaniya idmançısına qalib gələn Rafiq Avropa çempionatının bürünc medalını qazanıb.

Beləliklə də Avropa Çempionatını güləşçilərimiz 5 medalla başa vurublar.

Qeyd edək ki, komandamız bu nəticə ilə 31 ölkə arasında III yeri tutub. İlk yeri meydan sahibi Rusiya, II pilləni isə Gürcüstan tutub. Ermənistan millisi isə IV yerə yiyələnib.

***

21:51

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

AzNews.az xəbər verir ki, Azərbaycanın 2 yunan-Roma güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Bunlar Rəsul Çunayev və Murad Məmmədovdur. Hər iki idmançı finalda Rusiya təmsilçilərinə uduzublar. 72 kq çəki dərəcəsində mübarizə aparan Çunayev Adam Kuraka, 60 kq-da yarışan Məmmədov isə Sergey Emelinə uduzub.

Rafiq Hüseynov isə Belarus idmançısı ilə görüşdə məğlub olaraq bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Almaniya idmançısına qalib gələn Rafiq Avropa çempionatının bürünc medalını qazanıb.

Beləliklə də güləşçilərimiz ikinci yarış gününü 2 gümüş və 1 bürünc medalla başa vurub.

Qeyd edək ki, 55 kq çəki dərəcəsində Eldəniz Əzizli qızıl medal qazanıb. Elvin Mürsəliyev (77 kq) isə bürünc medala sahib olub.