Sərnişin avtobusu qəza törətdi: ölən var

15 Mart 2013 11:50 (UTC+04:00)


Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Qazax yolunun Şəmkirdən keçən hissəsində "İkarus" markalı sərnişin avtobusu ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub. Nəticədə avtomobilin sürücüsü Ayxan Abbasov və sərnişini Samir Cəfərov hadisə yerindəcə keçinib.

Faktla əlaqədar cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.

AzNews.az