Gədəbəy sakininin üzərinə dəmir köşk aşdı

2 May 2018 22:38 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Saratovka kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Cəfərov Zülfüqar Oruc oğlu qonşusunda olan dəmir köşkdə iş görən zaman qurğu onun üzərinə düşüb.

Müxtəlif dərəcəli xəsarətlər alan Z.Cəfərov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.