Bərdədə avtomobil yaşlı qadını vuraraq öldürdü

2 May 2018 22:50 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qurdlar kəndində qeydə alınıb.

77 yaşlı kənd sakini Hürü Quluyeva yolu keçmək istəyərkən "VAZ" markalı avtomobil onu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.