Bakıda 34 yaşlı kişi bıçaqlandı

3 May 2018 09:00 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Bakıxanov qəsəbəsində baş verib.

"Sülh" küçəsində 1984-cü il təvəllüdlü Muradov Heydər Çingiz oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı ətrafdakıların köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun hansı şəraitdə bıçaqlanması məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

AzNews.az