Dünyada hərbi xərclər 1 trilyon 739 milyard dolları keçdi

3 May 2018 09:38 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 2017-ci ildə hərbi sahəyə çəkilən xərclər 1 trilyon 739 milyard dollar təşkil edib. Hərbi sahəyə ən çox pul yatıran ölkə ABŞ-dır. ABŞ-ın hərbi xərcləri 610 milyard dollardır. ABŞ-dan fərqli olaraq, Rusiyada hərbi xərclər 20 faiz azalıb.