General Əlixanov işdən çıxarıldı - Yenilənib

3 May 2018 11:56 (UTC+04:00)

AzNews.az Unikal.org-a istinadən xəbər verir ki, ədliyyə general-mayoru Hüseyn Əlixanov tutuduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.

Məsələ ilə bağlı sayta açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: "Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələki yerimə təyinat yoxdur.”

***

AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Hüseyn Əlixanov bir müddət əvvəl məhbuslar- "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçması ilə gündəmə gəlmişdi. Belə ki, generalın bacısı oğlu, qarovul rəisi Ceyhun Səmədov ölkə gündəmini zəbt edən bu olayla bağlı saxlanılmışdı. O, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü Etibar Məmmədov və 1989-cu il təvəllüdlü Əli Ağami qaçıblar.

E.Məmmədovun saxlanılması üçün keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib. Ə.Ağami isə Şirvan şəhərində saxlanılıb.