AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Avstraliya hökuməti otlaqları və vəhşi təbiəti qorumaq məqsədilə 1 milyondan çox kenqurunu öldürmək qərarını verib. Mütəxəssislər bu qərardan sonra kenquruların sayının sürətlə azalacağını bildiriblər.
Qeyd edək ki, bu, Avstraliyada kenqurularla bağlı ilk qərar deyil. 2015-ci ildə də bu ölkədə 1.5 milyondan artıq kenquru öldürülüb.