Nazirlikdən körpələr evi ilə bağlı açıqlama - “Görüntülər təhrif edilib”

3 May 2018 12:23 (UTC+04:00)

"Report"un xəbərinə görə, nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, aparılan araşdırmaların nəticəsində görüntülərin həqiqəti əks etdirmədiyi məlum olub.

Onun sözlərinə görə, görüntülər təhrif edilib: "Görüntülərdən aydın olur ki, Körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezleri məsələsinə gəlincə, oradan 0-1 ölçülü bezlər 3-4 ölçülü bezlərlə dəyişdirilməsi üçün aparılıb".

AzNews.az