Hindistanda güclü qum fırtınası - 70 nəfər öldü

3 May 2018 12:25 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, qum fırtınası Uttar Pradeş və Racastan əyalətlərində daha çox fəsad törədib. Belə ki, qum fırtınası zamanı ağaclar kökündən qopub, elektrik dirəkləri sıradan çıxıb.

Ölkə rəhbərliyi fırtınadan zərər çəkən ailələrə yardım etməyi tapşırıb.