Nazir Umayra Tağıyevaya vəzifə verdi

3 May 2018 14:54 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Report-a bildirib ki, U.Tağıyeva bundan sonra nazirlik aparatının Ekoloji təbliğat şöbəsində işləyəcək.

Onun sözlərinə görə, U.Tağıyeva nazirliyin ekoloji təbliğat sahəsində gördüyü işləri ictimaiyyətə çatdıracaq: "Bəli, bundan sonra Umayra Tağıyeva hava proqnozu, atmosfer havasında, Xəzər sularında aparılan monitorinqlərin nəticələri və digər məsələlərlə bağlı vaxtaşırı efirdə görünəcək".

AzNews.az