Ermənistanda polis polkovniki banka hücum etdi - Yenilənib

3 May 2018 17:27 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb, onlarda biri ölüb. Olayı törədən isə polis polkovniki Daniel Danielyandır.

***
15:32

Ermənistanın paytaxtı İrəvanda bankların birində naməlum şəxslər atəş açıblar.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə şahidləri iki yaralının olduğunu bildirirlər.

Təsdiq olunmayan məlumatlara görə, banka silahlı hücum baş verib.