Avtomobil dağdan aşdı - 1 ölü, 1 yaralı

3 May 2018 15:47 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonunun Udulu kəndi ərazisində “QAZ-66” markalı avtomobil dağdan aşıb. Nəticədə avtomobildə olanlardan biri hadisə yerində ölüb, digəri isə xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az