Prezident Administrasiyasında yeni sektor yaradıldı - Vüsal Quliyev rəhbər təyin edildi

3 May 2018 17:48 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorun fəaliyyətinin əsas istiqaməti olacaq.

İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib.