Aygün Bəylərin qardaşına hökm oxundu - 5 il həbs

3 May 2018 17:55 (UTC+04:00)

AzNews.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə F.Məmmədzadə, R.Əsirov və E.Alxasovun hər biri 15 il, A.Hümmətov və C.Alxasovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərin hər biri narkotik ittihamı üzrə bəraət alıblar. A. Hümmətov və C. Alxasov həm də qətl üzrə bəraət alıblar.

E.Əsirova isə bütün maddələr üzrə bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilənlərdən biri, Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümmətov isə əmisi nəvəsidir.