Daha bir məsciddən oğurluq olub

3 May 2018 18:53 (UTC+04:00)

AzNews.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Masallı rayonunun Aşurlu kənd məscidindəki seyfdən oğurluq etdiklərinə görə tutulan Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunanlar – Əli Zeynalovun və Nizami Mahmudovun ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər analoji cinayət əməllərinin də üstü açılıb.

Onların aprel ayının 13-də Boradigah qəsəbəsi ərazisindəki məsciddəki seyfdən qapının qıfılını sındırmaq yolu ilə 127 manat pul oğurlamaları da müəyyən edilib.