Sakinlərin nəzərinə - Sabah bu qəsəbələrdə qaz olmayacaq

3 May 2018 19:03 (UTC+04:00)

AzNews.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, qaz tənzimləyicinin təmiri ilə əlaqədar, “Müşviqabad” Qaz Paylayıcı Stansiyasında “Sulutəpə-Xırdalan” ölçü qovşağı üzərində quraşdırılmış “Müşviqabad Daxili” ölçü qovşağından qidalanan “Sulutəpə-Xırdalan” orta təzyiqli qaz xəttindən qaz təchizatı mayın 4-də saat 10:00-dan təmir işləri tamamlananadək dayandırılacaq.

Təmir müddətində Abşeron rayonunun, Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək, Şağan və Aşağı Şağan qəsəbələrində, həmçinin Qaçqınlar şəhərciyi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.