İndoneziya prezidenti İlham Əliyevə məktub göndərdi - Foto

3 May 2018 19:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İndoneziya dövləti və xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, ən səmimi salamlarımı çatdırıram. Cənab Prezident, Azərbaycan xalqının böyük əksəriyyətinin Sizə yenidən etimad göstərməsi liderliyinizə inamın, vətəndaşlarınızın firavan həyatı naminə gördüyünüz böyük işlərə qiymətin bariz göstəricisidir.

Fürsətdən istifadə edərək, icazə verin, yeni prezidentliyiniz müddətində Azərbaycan və İndoneziya arasında sıx əlaqələrin ölkələrimizin inkişafı və rifahı naminə daha da möhkəmlənəcəyinə səmimi ümidlərimi ifadə edim. Zati-aliləri, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar diləyir, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.