Gənc qız özünü öldürdü

15 Mart 2013 12:30 (UTC+04:00)


Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 1988-ci ildə Cəlilabadın Andreyevka kəndində anadan olmuş Cəfərova Validə Yusif qızı özünü yaşadığı Sabirabad kəndində öldürüb. 25 yaşlı qızın kəndirdən asılı vəziyyətdə qalmış meyiti ailə üzvləri tərəfindən tapılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.

AzNews.az