Ötən il ölkədə neçə cinayətkar dəstə zərərsizləşdirilib?

3 May 2018 21:23 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun insan alverinə dair məlumatında bildirilib.

Məlumatda qeyd edilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində 17 nəfərdən ibarət 8 cinayətkar dəstə zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib.

Qurbanlardan 68-i Azərbaycan, 2-si Rusiya, 1-i isə Ukrayna vətəndaşlarıdır. Onlardan 43 nəfəri istismar məqsədilə Türkiyəyə, 9-u Birləşmiş Ərəb Əmirliyinə, 8-i Rusiyaya, 5-i Malayziyaya, 4-ü isə Pakistana aparılıb, 2 əcnəbi isə Azərbaycanda istismara məruz qalıb.