Hindistanda sərnişin avtobusu aşdı - 27 nəfər öldü (Video)

3 May 2018 23:09 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, avtobus Muzaffarpur şəhərindən Nyu-Dehliyə hərəkət edirdi.

Sürücü qəfildən idarə etməni itirib və avtobus aşıb. Avtobus aşandan sonra isə alışmağa başlayıb.

Qəza nəticəsində 27 nəfərin öldüyü bildirilir. Yanıq xəsarətləri alan sərnişinlər isə dərhal xəstəxanaya yerləşdirilib.

Görüntüləri sizə təqdim edirik: