Deputat həcc ziyarətinin bahalaşmasından danışdı

15 Mart 2013 12:53 (UTC+04:00)
Millət vəkili Qalib Salahzadə Azərbaycanda həcc ziyarəti qiymətlərinin artması ilə bağlı jurnalistlərin sualını cavablandırıb.

Teleqraf.com-un məlumatına görə, millət vıkili bildirib ki, qiymətlərin qalxmsı dünyada, o cümlədən, Səudiyyə Ərəbistanındakı bahalaşma ilə bağlıdır. Orada xidmətlər bahalaşıb. Həmçinin otellər xarici ölkə vətəndaşları üçün bahalı xidmət təklif edirlər. hansı ölkənin ki, orada oteli var, onların vətəndaşları üşün güzəştlər olunur. Türkiyənin Səudiyyə Ərəbistanında otelləri var və orada türklər üçün güzəştlər tətbiq edilir. Amma bizim yoxdur, ona görə də daha çox xərcləməli oluruq".

Qeyd edək ki, QMİ qiymətlərin artmasının Səudiyyə Ərəbistanında otel xidmətlərinin bahalaşması ilə əlaqədar olduğunu açıqlayıb. Ziyarətə avtobusla gedənlər keçən il 2500 manat ödəyirdisə, bu il 150 manat daha çox, yəni 2650 manat ödəməli olacaq. Təyyarə ilə gedənlər isə keçən ilkindən 250 manat çox, yəni 3750 manat ödəməlidir. Keçən il analoji qiymət 3500 manat idi.

AzNews.az