Bakının əsas prospekti bağlandı: böyük tıxac – Foto

4 May 2018 10:02 (UTC+04:00)

AzNews.az Axar.az-a istinadən xəbər verir ki, sözügedən yollardan Ziya Bünyadov prospektinə giriş tamamilə dayandırılıb. Hava Limanından sözügedən prospektə də giriş qadağan edildiyi üçün üzü “Nərimanov” stansiyasına və şəhər istiqamətində gedən yol yüklənib.

Həmçinin “Qara Qarayev” metro stansiyasından da şəhər və Z.Bünyadov prospektinə giriş mümkün deyil. Sözügedən istiqamət tamamilə qapadıldığı üçün alternativ yolu olmayan avtomobillər hərəkətsiz gözləməkdədir.