Xalq artistindən ağır tənqid: “Bu gün küçə adamları efirdədir”

4 May 2018 11:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, aktyor telekanal rəhbərlərini əxlaqsız adamları efirə çıxarmaqda günahlandırıb:

“Bizim vaxtımızda efirə nümunəvi adam çıxırdı. Efirə küçədən keçən adamlar çıxa bilmirdi. Bu gün küçə adamları efirdədir. Əxlaqsız adam mənə əxlaqdan dərs deyir. Rüşvətxor adam mənə rüşvətdən dərs deyir. Ağılsız adam mənə ağıldan dərs deyir. Bəs hardadır bunlar? Nə cür geyinib çıxırlar ekrana. Yaxşı bunun öz yiyəsi, əri, qardaşı, atası, bacısı, ailəsi yoxdur. Bəs televiziyanın sədri də yoxdur?”.

Qeyd edək ki, xalq artisti Rasim Balayevin bu çıxışı “Yeni avaz”a müsahibəsindən götürülüb.

Bahar RÜSTƏMLİ

AzNews.az