31 yaşlı kişinin meyiti tapıldı

4 May 2018 11:18 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, aprelin 28-dən itkin düşdüyü bildirilən Şirvan şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif Arif oğlu Nağıyevin meyiti Sabirabad rayonunun Beşdəli kəndində, Kür çayının sahilində aşkarlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

AzNews.az