“Deputatların maaşı ən azı 8 min manat olmalıdır” - Maaş artımına etiraz

4 May 2018 12:20 (UTC+04:00)

APA-nın məlumatına görə, bununla bağlı layihənin müzakirəsi zamanı Q. Həsənquliyev bildirib ki, bu artım olduqca azdır.

O qeyd edib ki, ən azı son illərdə baş verən devalvasiyalar nəzərə alınmalıdır: “Elə etmək lazımdır ki, məmurlar digər gəlir yerlərinə göz dikməsinlər. Elə olmalıdır ki, baş nazir, spiker 10 min manat, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”.

Deputat korrupsiyaya qarşı mübarizədən danışarkən Sinqapuru misal çəkib.

AzNews.az