Azərbaycanda 100 min hektarlıq park yaradılır

4 May 2018 13:18 (UTC+04:00)

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə nazirlikdə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Zaqatala-Balakən bölgəsində sahəsi 40 min hektardan çox olan qoruq fəaliyyət göstərir:

"Bu qoruğun bazasında Cənubi Qafqazda ilk biosfer rezervatının yaradılması nəzərdə tutulub. Qoruğun ətrafında olan ərazilərdə bura daxil ediləcək. 2021-ci ilə qədər işin bitməsi nəzərdə tutulub. Bu il layihənin həyata keçirən şirkət seçildikdən sonra işlərə başlanılacaq".

Hikmət Əlizadə qeyd edib ki, Qızılağac qoruğunun milli parka çevrilməsi nəzərdə tutulub:

“Həmin ərazidə 100 min hektarlıq növbəti milli park yaradılacaq".

AzNews.az