Azərbaycan qazı neçəyə satılır?

4 May 2018 13:20 (UTC+04:00)

Axar.az xəbər verir ki, bu fikirləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib.

“Azərbaycanın tezliklə Türkiyə bazarına “Şahdəniz”dən çıxaracağı əlavə qaz həcmləri astanasında mavi yanacağın dünya bazarlarında qiyməti durmadan artır. Enerji bazarları üzrə ixtisaslaşan “Platts” agentliyi xəbər verir ki, hazırda Avropanın əsas qaz topdansatış məntəqələrində 1000 m3 qazın qiyməti 230-250 dollar arasında dəyişir. Ötən illə müqayisədə 50 dollar artım müşahidə olunub. İyunda satılan maye qazın (LNG) Asiya terminallarında qiyməti artıq 290-293 dollara təklif edilir”, - ekspert bildirib.

AzNews.az