Rəşad Sadıqov baş məşqçi vəzifəsindən istefa verdi

4 May 2018 17:00 (UTC+04:00)

AzNews.az report-a istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi və "Qarabağ"ın əsas komandasının kapitanı olan Sadıqov bu addımı işlərinin çoxluğu ilə əlaqədar atıb.

"Qarabağ"ın U-19 komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında cari mövsümdə AFFA-nın təşkil etdiyi Gənclər Liqasında ikinci yeri tutub. Ötən mövsüm isə qızıl medallara sahib çıxıb.