İşdən çıxarılan müəllimlə bağlı rəsmi açıqlama

4 May 2018 17:27 (UTC+04:00)

İdarədən “Qafqazinfo”ya verilən açıqlamada bildirilib ki, 189-190 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyevanın işdən azad olunması haqqında verilmiş qərar müvafiq qanunvericiliyin tələbləri çərçivəsindədir:

“Müvafiq araşdırma müəllimin iştirakı ilə həyata keçirilib və məktəbin Həmkarlar İttifaqı Komitəsində aparılan müzakirə, eləcə də müəllimin özünün işdən azad olunma barədə ərizəsi nəzərə alınaraq, yekun qərar qəbul edilib”.

AzNews.az