Sumqayıtda 37 yaşlı qadın özünü bıçaqladı

4 May 2018 18:21 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 26-cı məhəlləsində baş verib.

Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü N.H özünə bir neçə bıçaq zərbəsi vuraraq intihara cəhd edib.

Qadının psixoloji problemlərinin olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.