Şəki rayon xəstəxanasına yeni baş həkim təyinatı

4 May 2018 18:34 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmrinə əsasən, Elçin Oqtay oğlu Əmirov Şəki MRX-nın baş həkimi vəzifəsinə təyin olunub.

Buna qədər xəstəxananın baş həkimi vəzifəsini Azad Novruzov icra edib. Bu ilin aprelində A. Novruzov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.