Bakıda ağır yol qəzası - 2 nəfər öldü (Yenilənib)

4 May 2018 19:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəsarət alanlardan ikisi tibbi yardım maşını gəlməmiş yerindəcə keçinib. Xəsarət alan bir qadın və bir kişiyə isə ilkin tibbi yardım göstərildikdən sonra onlar Kliniki Tibbi Mərkəzə çatdırılıb.

***

Bakı Dairəvi Yolunda yük avtomobili “Mercedes” ve “Oka” markalı minik avtomobilləri ilə toqquşub.

AzNews.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində minik avtomobillərindən birinə ciddi ziyan dəyib.

Xəsarət alanların olduğu bildirilir.