Şəki sakinini ilan sancdı

4 May 2018 23:08 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 21 radələrində rayonun Kiçik Dəhnə kənd sakini 1959-cu il təvəllüdlü Fəxrəddin Fazil oğlu Cabbarov ilan sancması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, müayinə zamanı Fəxrəddin Cabbarovu yaşadığı evin həyətyanı sahəsində gürzə ilanı sol ayağın baldır nahiyəsindən sancdığı məlum olub.

Reanimasiya şöbəsinə yerləşdirilən Fəxrəddin Cabbarova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.