Qadınların diqqətinə - İnfeksion xəstəliyi olanlara bunu etmək olmaz (Video)

5 May 2018 00:00 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bu prosedur mütəxəsis tərəfindən həyata keçirilmədikdə nəticələri ağır olur. Botoks zamanı saxta vasitələrindən istifadə olunarsa, bu sağlamlığınıza ciddi zərər vura bilər.

Botoks qırışların açılması üçün edilən tibbi prosedurdur. onda istifadə edilən maddələr isə bakteriyadan hazırlanır. Bundan isə bir çoxlarının xəbəri yoxdur.

Ancaq bu heç də o demək deyil ki, botoks insanlara ancaq zərərlidir. Botoksun insan sağlamlığına həm faydaları, həm də düzgün tətbiq edilmədikdə zərərləri ola bilər. Məsələn infeksion xəstəliyi olanlara botoks etdirmək olmaz.

Bundan başqa botoksun səhv tətbiqi və saxta vasitələrdən istifadə ilə tətbiqi də insan sağlamlığına ciddi zərər vura bilər.

Kosmetoloqun sözlərinə görə, botoks kosmetologiya ilə yanaşı nevrologiyada da tətbiq edilir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi cəmi 4 ölkədən botoks məhsullarının gətirilməsinə icazə verir. Bunlar İrlandiya, Çin, Böyük Britaniya və Koreyadır. Yəni bu ölkələrin məhsullarından əlavə botoks vasitəsi əldə edənlər onun saxta olduğunu bilməlidirlər.

Videomaterialı sizə təqdim edirik: