Fuad Poladov dəfn edildi - Yenilənib 3

5 May 2018 15:29 (UTC+04:00)

AzNews.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, cənazə “Qurd qapısı” qəbiristanlığına aparılıb və orada dəfn olunub.

***

14:03

Xalq artisti Fuad Poladovla vida mərasimi keçirilib.

“Report”un xəbərinə görə, xalq artistinin yaşadığı binanın həyətində keçirilən mərasimdə mərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib. Fuad Poladov vəsiyyətinə uyğun olaraq Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Qeyd edək ki, F.Poladov mayın 4-dən 5-nə keçən gecə saat 1-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

10:55

Azərbaycanın xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.

APA-nın xəbərinə görə, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir. Ailəsindən bildirilib ki, vida mərasimi 14.00- dək davam edəcək.

Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

F. Poladov vida mərasiminin evində keçirilməsini və "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.

***

09:10

Xalq artisti Fuad Poladov vəfat edib

Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı Fuad Poladov vəfat edib.

Bu barədə "Report"a onun ailəsindən məlumat verilib. Xalq artisti uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib. Mərhumla vida məraisimi bu gün evində, Babək prospekti 10 ünvanında keçiriləcək. Fuad Poladov Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.