Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 100-ə çatıb - Video

5 May 2018 09:15 (UTC+04:00)

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) bildiriblər.

Məlumata əsasən, təbii fəlakətlə əlaqədar 260 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Martın sonundan etibarən ölkədə şiddətli yağıntılar səngimək bilmir.

Keniya hökuməti və humanitar təşkilatlar əhalinin təhlükəsiz ərazilərə köçürülməsini davam etdirir.