KXDR Cənubi Koreya ilə vahid vaxt rejiminə keçdi

5 May 2018 09:35 (UTC+04:00)

“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

"Pxenyanda vaxt rejimi dəyişdirilib. Nəticədə Şimal və Cənubun standart vaxtı vahid şəkilə salınıb", - deyə bəyanatda bildirilir. Qeyd olunur ki, bu, iki Koreyanın birləşdirilməsi prosesinin sürətləndirilməsi üçün atılmış praktiki bir addımdır.

AzNews.az