Yaponiyada 37 ildir uşaqların sayı azalır

5 May 2018 09:43 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, Ümummilli Məsələlər Nazirliyi cümə günü, ölkədə mayın 5-də qeyd edilən Uşaqlar Günü ərəfəsində bu barədə hesabat dərc edib.

Sənəddə qeyd edilir ki, Yaponiyada aprelin 1-nə olan vəziyyətə görə, 15 yaşına qədər uşaqların sayı təqribən 15 milyon 530 min nəfər təşkil edib. Bu, bir il əvvəlki həmin göstəricidən 170 min nəfər azdır. Onların 7 miyon 950 mini oğlan, 7 milyon 580 mini isə qızdır.

Həmin yaşda uşaqlar ölkə əhalisinin 12,3 faizini təşkil edir. Bu rəqəm də əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 0,1 faiz azalıb. Həmin göstəricinin 1975-ci ildən başlayaraq fasiləsiz şəkildə azaldığı bildirilir.

AzNews.az