Elmar Məmmədyarov Litvadakı səfirimizə təlimat verdi
15 Mart 2013 13:50 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litva Seymində separatçı "Dağlıq Qarabağ Respublikası" ilə parlamentlərarası əlaqələr üzrə qrupunun yaradılması məsələsinə münasibət bildirib.
APA-nın məlumatına görə, nazir bu məsələnin araşdırılması üçün Azərbaycanın Litvadakı səfirinə təlimat verildiyini deyib: "Artıq bizim Litvadakı səfirimizə bununla bağlı görüşlər keçirmək və məsələni araşdırmaq təlimatı verilib. Bu məsələ ilə bağlı məlumat alan kimi mətbuata əlavə açıqlama veriləcək".
AzNews.az